“Kaxovka SES-in bəndinin dağılması təkcə bütün regionun ekosisteminin və əhalisinin problemi ilə nəticələnməyəcək, həm də Xerson, Zaporojye vilayətləri və Krımda kənd təsərrüfatı üçün fəlakətə çevriləcək”.
Azpost.info xəbər verir ki, bunu Rusiyanın iqtisad elmləri doktoru Leonid Xolod “Economics Today”ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, dünya bazarında gələn il daha az taxıl və qarğıdalı olacaq: “Dünya bazarı artıq vəziyyətə reaksiya verib və buğdanın qiyməti 3,8 faiz, qarğıdalı isə 2 faiz bahalaşıb”.
Ekspert deyir ki, Xerson və Zaporojye vilayətlərinin, eləcə də Krımın kənd təsərrüfatı müəssisələri suyu 1950-ci illərdə Kaxovka su elektrik stansiyası ilə eyni vaxtda tikilmiş kanal sistemindən alır. Su elektrik stansiyasının partlaması və su anbarının dağılması ona gətirib çıxarıb ki, bütün bu su kütlələri dalğa şəklində kənd təsərrüfatı torpaqlarından keçəcək, əkinlərə zərər verəcək, münbit təbəqəni yuyub aparacaq.
İqtisadçı onu da qeyd edib ki, bunlar birinci nəticələrdir, ikincisi isə suyun olmamasıdır.
“Biz Rusiya ilə birlikdəyik” hərəkatının sədri Vladimir Roqovun sözlərinə görə, yaxın iki-üç gündə Kaxovka su anbarı yoxa çıxacaq. Ona qoşulan kanallar təxminən bir aya su itirəcək: “Yaxın illərdə rayonda məhsul xeyli aşağı düşəcək, minlərlə insan nəinki evlərini, hətta iş yerlərini də itirəcək”.
“Economics Today” bildirir ki, Kaxovka su anbarında su saatda 15-35 santimetr sürətlə aşağı enir.
Azpost.info
