“Türk lirəsinin ucuzlaşması qaçılmaz idi…” –EKSPERT ŞƏRHİ

“Türkiyədə lirənin kəskin dəyər itirməsinə panik reaksiya yoxdur. Çünki seçkidən sonra bazarın gözləntiləri bu yöndə idi. Yerli müstəqil iqtisadi araşdırma mərkəzləri 28-30 lirədək ucuzlaşmanı real sayır”.
Azpost.info bildirir ki, bu barədə iqtisadçı-ekspert Rövşən Ağayev türk lirəsinin kəskin ucuzlaşmasının perspektivini şərh edərkən bildirib.
Ekspertin sözlərinə görə, valyuta-kapital axınları üzərində sərt nəzarətin tədricən yumşaldılması, Mərkəzi Bankın arxa qapısından bazara müdaxiləsinin sonlandırılması siqnanlnın verildiyi şəraitdə zorla tutulan və real bazar dəyərinin altında qalan milli valyutanın ucuzlaşması qaçılmaz idi.
Amma indi əsas sual budur ki, “yeni ekonomi çöküş” modelindən imtina əsas problemi həll edəcəkmi?
“Əsas problem ölkənin valyuta ehtiyacının qarşılanmasıdır. Ölkə idxalını və borclarını qarşılamaq üçün öz imkanları hesabına qazana bilmədiyi valyuta açığını kənardan gələn pullar hesabına qapatmalıdır. Cari hesabın defisitinin tarixi səviyyələrə çatması ölkənin valyuta qıtlığının real miqyasını göstərir. Bunun üzərinə maliyyə hesabı çərçivəsində ölkədən xalis kapital çıxışının son 2 ildə böyüyən iri həcmini də gəlin”-deyə R.Ağayev vurğulayıb.
Ekspertin fikrincə, kənardan gələn para ya sərmayə, ya borc şəklində ölkənin valyuta bazarında tələb-təklif tarazlığı yaradacaq səviyyədə olmalı, davamlı xarakter daşımalıdır: “Aparılan siyasətin, yeni-köhnə hökumətin vəd və davranışlarının xarici sərmayədarlara, borcverənlərə nə qədər güvən sağlayacağını yaxın aylarda görmək mümkün olacaq”.
R.Ağayev qeyd edib ki, Türkiyə Azərbaycanın ən böyük xarici ticarət tərəfdaşı, xaricdə ən böyük sərmayə yatırımımız olan ölkədir. Bu baxımdan ölkənin iqtisadi durumu bizim üçün həyati əhəmiyyət daşıyır.
Azpost.info
Əvvəlki məqalə

Ermənistan, Qazaxıstan Rusiyadan edilən bank ödənişlərini bloklamağa başlayıb

Sonrakı məqalə

Kaxovka SES-dəki fəlakət ərzaq bazarını “vurdu”