Keçmiş SSRİ rəhbərlərini müalicə etmiş sabiq nazir vəfat edib

Rusiya Elmlər Akademiyasının akademiki və məşhur kardioloq  Yevgeni Çazov 93 yaşında vəfat edib.

Məlumatı Rusiya Səhiyyə Nazirliyinin mətbuat xidməti yuayıb.

Çazov milyonlarla insanın həyatını xilas edən trombolitik terapiyanın yaradıcısıdır. Bu inkişafa görə 1982-ci ildə Lenin mükafatına layiq görülüb. Rusiya Elmlər Akademiyasının akademikinin infarkt keçirən xəstələrin müalicəsi üçün hazırladığı elmi işlərdən Rusiya, ABŞ və Avropada istifadə olunur.

“Miokard infarktının müalicəsində qan laxtalarını həll etmək üçün dərman olan fibrolizin istifadəsi üzrə eksperiment Çazov tərəfindən öz üzərində aparılıb”, – Rusiyanın Səhiyyə Nazirliyi əlavə edib.

Çazov vaxtilə üç il keçmiş SSRİ-nin Səhiyyə Nazirliyinə rəhbərlik edib və onun rəhbərliyi ilə elmi kardiologiya məktəbi yaradılıb. Alim 1985-ci ildə Nobel Sülh Mükafatına layiq görülmüş Nüvə Müharibəsinin Qarşısının Alınması üçün Dünya Həkimləri hərəkatının həmsədri olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ali Məhkəmə Aslan İsmayılova qarşı bütün qərarları ləğv edib

Sonrakı məqalə

Türk Şurasının adı dəyişdirildi