Uels şahzadəsi Keyt Midlton tibbi məlumatların sızması və onun dərc olunma təhlükəsi səbəbindən xərçəng xəstəliyinə tutulduğu haqqında açıq danışmağa məcbur olub.
Azpost.info xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.
Nəşr qeyd edir ki, Kensinqton sarayının əməkdaşları şahzadənin xəstəliyinə dair videomüraciəti yaymaqla medianı qabaqlamağa çalışıblar.
“Keyt Midlton martın 22-də ona xərçəng diaqnozu qoyulduğunu təsdiqləyib. Onun gözlənilməz etirafına şantaj səbəb olub. Şahzadənin səhhətindən kənar şəxslər xəbər tutub. Onlar tibbi sənədləri əldə edərək Kensinqton sarayı ilə əlaqə saxlayıblar, məlumatı dərc etməklə hədələyiblər. Buna görə də kral ailəsinin fəal hərəkət etməkdən başqa çarəsi qalmayıb”.
Azpost.info