Kim Çen In Putinin hədiyyə etdiyi avtomobildən ilk dəfə istifadə edib- FOTO

KXDR lideri Kim Çen In Rusiya prezidenti Vladimir Putinin hədiyyə etdiyi “Aurus” markalı avtomobillə ilk dəfə ictimai tədbirə qatılıb.

Azpost.info xəbər verir ki, bu barədə onun bacısı Kim Ye Çen məlumat verib.

“Kim Çen In fevralın 18-də Rusiya prezidenti Vladimir Putindən hədiyyə aldığı avtomobildən martın 15-də ilk dəfə açıq tədbirlərdə istifadə edib”, – məlumatda deyilir.

Kim Ye Çen Şimali Koreya liderinin Rusiya prezidentinin hədiyyə etdiyi avtomobillə səfərinin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib. Onun sözlərinə görə, “Aurus”dan istifadə Koreya-Rusiya dostluğunun yüksək səviyyəsini göstərir.

“Biz bir daha Moskvaya bütün qəlbimizlə təşəkkür edirik”, – o deyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.