“Kimsə yuxudan oyanıb qonşusunu işğal edə bilməz” –ABŞ müdafiə naziri

ABŞ Ukraynaya 275 milyon dollar dəyərində yeni hərbi yardım paketi göndərib.

Azpost.info bildirir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

Çatdırılma dəstinə yüksək mobil artilleriya raket sistemləri, minaatan və artilleriya mərmiləri, həmçinin pilotsuz uçuş aparatları üçün döyüş sursatları daxildir.

“Biz ilk gündən başa düşdük ki, Ukrayna təkcə Ukrayna və Avropa üçün əhəmiyyət daşımır. Bizdə elə bir vəziyyət olmamalıdır ki, kimsə bir gün yuxudan ayılıb qonşusuna hücum çəksin, sərhədləri dəyişdirsin, qonşunun şəxsi malını ilhaq etsin. Bu, bizim yaşamaq istədiyimiz dünya deyil” -deyə müdafiə naziri Lloyd Ostin deyib.

Azpost.info

 

 

Əvvəlki məqalə

55 il əvvəl qətlə yetirilmiş 17 yaşlı qızın qatili tapılıb

Sonrakı məqalə

“İqlim üçün Su” mövzusunda yüksək səviyyəli dəyirmi masa keçirilir