Kimya üzrə Nobel mükafatının qalibləri açıqlandı

07 Oktyabr 2020 - 14:06

Bu gün 2020-ci il kimya üzrə Nobel mükafatı qaliblərinin adları açıqlanıb.

APA-nın Nobel Komitəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, mükafat Emmanuelle Charpentier və  Jennifer Doudnaya verilib.

Onlar “Genomun redaktəsi üzrə metodun inkişafına” görə bu mükafata layiq görülüblər.