Kiprdə həbs olunan azərbaycanlı killer kimi öldürmək istəyib? –İran ittihamı rədd edib

İsrail hökuməti İranı Kiprdə yaşayan israilli biznes adamlarına qarşı “terror aktı” təşkil etməkdə günahlandırıb.

Bundan az əvvəl Kipr adasında bu hücumları həyata keçirməyi planlaşdırmaqda şübhəli bilinən şəxs saxlanıb.

İsrailin qatı düşməni olan İran bu ittihamları rədd edib. İranın Kiprdəki səfirliyi Reuters agentliyinə bildirib ki, İsrail daim İran İslam Respublikasına qarşı belə əsassız ittihamlar irəli sürür.

Yerli media şübhəlinin 38 və ya 39 yaşında olan azərbaycanlı olduğunu bildirir. Onun Kiprə Rusiya pasportu ilə gəldiyi xəbər verilir. O bir həftə bundan əvvəl Türkiyənin nəzarətində olan şimali Kiprdən yunan Kiprinin paytaxtı Nikosiyaya keçərkən saxlanıb. O həbs edilərkən idarə etdiyi avtomobildən səs boğucusu olan tapança tapılıb. Bəzi xəbərlərə görə bu şəxs Rusiyadan üç həftə əvvəl gəlib və polis müşahidəsi altında olub.

İsrail və Kipr mediasının yazdığına görə israilli milyarder Tedi Saqi sui-qəsd siyahısında olanlardan biridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Vətən müharibəsində 671 müəllim düşmənə qarşı vuruşub –

Sonrakı məqalə

“Şeyxin dalınca ağzına gələni danışır, ən böyük agent Hafiz Hacıyevdir” –