Kişi müəllimlərin sayının artırılmasına ehtiyac var- Sədr müavini

Azərbaycanda təhsil sahəsində gender bərabərliyinin pozulduğunu müşahidə edirik.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Azərbaycan Standartlaşdırma İnstitutu və Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) birgə təşkilatçılığı ilə keçirilən “Standartlaşdırmada gender bərabərliyi” adlı tədbirdə deyib.

“Gender bərabərliyi ictimai həyatın bütün sahələrində kişi və qadınların bərabərliyini nəzərdə tutur. Lakin təhsildə gender bərabərsizliyi var. Kişi müəllimlərin sayının artırılmasına ehtiyac var. 4 ildir ki, gender bərabərliyi ilə bağlı qanunun yerinə yetirilməsi ilə bağlı məlumatlar toplayırıq”, – deyə sədr müavini vurğulayıb.

S.Qəhrəmanova əlavə edib ki, tikinti sahəsində də standartlaşdırmaya diqqət yetirilməlidir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.