KİV-lər üçün media registiri yaradılır

“Media haqqında” qanun layihəsində media registrinin formalaşdırılması, jurnalistlərin peşə bacarıqlarının artırılması, informasiyanın məzmununa dair tələblərin müəyyən olunması kimi normativ müddəalar nəzərdə tutulmaqdadır.

Bunu APA-ya açıqlamasında Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru, qanun layihəsinin hazırlanması ilə bağlı yaradılan İşçi Qrupunun üzvü Əhməd İsmayılov bildirib.

Ə. İsmayılov hazırda İş qrupunda bu məsələlərin müzakirəsinin aparıldığını söyləyib: “Media registri elektron xidmətlərin göstərilməsi, media subyektlərinə dövlət tərəfindən göstərilən xidmətlərin asanlaşdırılması, ümumən Azərbaycanda media sahəsində ümumi sistemin formalaşdırılması üçün nəzərdə tutulur. Belə bir registrin formalaşdırılması gələcəkdə jurnalistlərə güzəşt, digər sosial tədbirlərin jurnalistlərə tətbiq olunması üçün daha səmərəli bir vasitə ola bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Zinəddin Zidan “Real”dan ayrılacaq

Sonrakı məqalə

Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkar edilib