“Kiyev Belarusdan təhlükə görmür”- Zelenski

“Kiyev Belarusdan təhlükə müşahidə etmir, lakin sərhəddəki qoşunlar hazır olmalıdır”.

Azpost.info xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski ölkənin şimal-qərb regionlarının təhlükəsizliyinə dair müşavirədə bildirib.

Onun sözlərinə görə, Minskdən “güclü bəyanatlar” istisna olmaqla, nəzərəçarpacaq heç nə görünmür.

Zelenski qeyd edib ki, məhz xarici risklərdən müdafiə şimal-qərb regionlarının iqtisadi sisteminin normal fəaliyyət göstərməsinə kömək edəcək.

Azpost.info

Əvvəlki məqalə

Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatlarına rəhbərlik Valeri Gerasimova tapşırıldı

Sonrakı məqalə

Rusiya və İran prezidentləri telefonla danışıblar