“Kiyev Moskvaya hansı güzəştlərə hazır olduğuna özü qərar verməlidir”-NATO Baş katibi

“Ukrayna Rusiya ilə müharibədə hansı kompromislərə getməyə hazır olduğuna özü qərar verməlidir”.

Azpost.info bildirir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq BBC-yə müsahibəsində deyib.

Stoltenberq Rusiya qoşunlarını sıxışdırıb çıxarmaq və Putini işğal məqsədlərindən əl çəkməyə məcbur etmək üçün Ukraynaya hərbi dəstəyin həyati əhəmiyyət daşıdığını deyib. Bununla yanaşı baş katib hesab edir ki, Kiyev də güzəştə gedə bilər.

Ukrayna hansı kompromislərə getməyə hazır olduğuna özü qərar verməlidir. Biz ona elə bir mövqedə olmaq imkanı verməliyik ki, o, həqiqətən danışıqlar masasında məqbul nəticə əldə etsin” – Stoltenberq bildirib.

O, hazırda Ukraynanı güzəştə getməyə çağırmadığını qeyd edib və əlavə edib ki, Ukrayna qalib gələndə “əsl sülh” əldə olunacaq.

NATO-nun baş katibi həmçinin Rusiya, Çin, İran və Şimali Koreyanı nəzərdə tutaraq, bir-birinə əməli dəstək verən və “getdikcə daha da yaxınlaşan” “avtoritar” ittifaqın olduğunu bildirib: “Çin müdafiə sənayesi üçün əsas hissələri tədarük etməklə Rusiyanın hərbi iqtisadiyyatını dəstəkləyir”, Stoltenberq bildirib.

Əvvəlki məqalə

Güləşçisilərimiz tam tərkibdə Paris Olimpiadasına lisenziya qazanıblar

Sonrakı məqalə

Əsgərimiz ürək-damar tənəffüs çatışmazlığından vəfat edib