Kiyevin meri Kliçko Almaniyanı satqınlıqda ittiham edib-"Təcavüzkarı dəstəkləyirsiniz?"

Kiyev şəhərinin meri Vitali Kliçko Almaniya hökumətini Ukraynaya xəyanətdə ittiham edib. 
Azpost.info bildirir ki, Kliçko bu barədə “Bild” qəzeti üçün yazdığı köşədə bildirib.
Kliçko qanunverici orqanı sabiq kansler Qerhard Şrederə Rusiyayaişləməyi qadağan etməyə çağırıb.
“Almaniyanın “Şimal axını-2″ layihəsini dəstəkləməkdə davam etməsi Ukraynda böyük təəssüflə qarşılanıb. Hökumət həmçinin bir sıra ölkələrdən, o cümlədən Estoniyadan müdafiə silahlarının göndərilməsinə mane olur. Bu ölkəmizin sərhədlərinin rus ordusu tərəfindən təhlükədə olduğu bir zamanda dost satqınlığıdır. Bir çoxları sual verir: Alman hökumətinin mövqeyi necədir? Almaniya hökuməti Ukraynanın, azadlığın tərəfində dururmu? Yoxsa təcavüzkarı dəstəkləyir? Bizə indi Avropanın ən mühüm ölkəsindən aydın siqnal lazımdır”-deyə Kliçko bildirib.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İranın yol və şəhərsalma naziri Füzuliyə gəlib

Sonrakı məqalə

NATO Ukraynada vəziyyətlə bağlı qüvvələrini göndərməyə başlayıb –