Kiyevin xahişi ilə NATO-Ukrayna Şurasının iclası çağırılıb

NATO-nun baş katibi Yens Stoltenberq Kiyevin xahişi ilə çərşənbə günü NATO-Ukrayna Şurasının iclasını çağıracaq.

Azpost.info bildirir ki, bu barədə Reuters alyansın mətbuat xidmətinə istinadən xəbər verir.

“Görüş səfirlər səviyyəsində keçiriləcək”, – NATO sözçüsü Farah Dahlalla deyib.

“Ukraynanın müdafiə naziri Rustem Umerovun videobağlantı vasitəsilə müttəfiqlərinə döyüş meydanındakı vəziyyət və prioritet ehtiyaclar barədə məlumat verməsi gözlənilir”, o əlavə edib.

Əvvəlki məqalə

“Hicaba görə MİQ imtahanında iştirakdan kənarlaşdırma məlumatı əsassızdır”

Sonrakı məqalə

7 il əvvəl Makron Pavel Durova “Telegram”ı Parisə köçürməyi təklif edib