Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin hazırda müalicə aldığı “Vivamed” klinikası onun reanimasiya şöbəsinə köçürülməsi ilə bağlı məlumatı təsdiqləməyib.
Azpost.info xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” klinikanın baş direktoru Nino Nadiradzeyə istinadən yazıb.
“Saakaşvili hələ heç yerə köçürülmür. Qərar verəndə sizə xəbər edəcəyik”, – baş direktor deyib.
Qeyd edək ki, Gürcüstanın müxalif “Vahid Milli Hərəkat” partiyasının üzvü Giorgi Çiladze bu gün açıqlama verərək Saakaşvilinin səhhətinin kritik həddə olduğunu və klinikanın onu reanimasiyaya köçürməyə hazırlaşdığını bildirib.
Azpost.info
