“Koçaryan qalib gəlsə deməli Azərbaycan yazıçısı Anar düz deyirmiş…” –Ter –Petrosyanın partiyasının rəsmisi

“Ermənistanda sabiq prezident Koçaryanı nəinki sevmirlər, ona ürəkdən nifrət edirlər”.

Azpost.info bildirir ki, bu sözləri Erməni Ümumilli Hərəkatının İdarə Heyətinin üzvü Vardan Malxasyan 1am saytına müsahibəsində deyib.

Malxasyan maraqlı bir müqayisəni misal gətirib: “1989-cu ildə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar öz müsahibəsində demişdi ki, ermənilər mazoxistdirlər. Bu sözə görə o vaxt qalmaqal da qopmuşdu. Əgər Koçaryan seçkidə qalib gəlsə deməli Anarın 33 il əvvəl dedikləri düz imiş… Belə çıxacaq ki, biz Koçaryan nahaq daş atmışıq. Zor işlətmiş, xalqı qarət etmiş, ona əzab vermiş, 1 mart, 27 oktyabr gülləbaranının səbəbkarını necə dəstəkləmək olar?”

Onun sözlərinə görə, ola bilsin Koçaryanın siyasəti bu mazoxist kəsimə hesablanıb. “Əlbəttə, Ermənistanda mazoxistlər olacaq, amma bunlar çox azsaylı kütlədir. Mən inanmıram ki, Koçaryan parlamentə keçmək üçün kifayət qədər səs toplayacaq”.

Malxasyanın sözlərinə görə, hər bir xalq öz seçdiyi rəhbərə layiq olur: “Bu gün bizə yeni tip, yeni keyfiyyətdə olan siyasi qüvvələr lazımdır”.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Hikmət Hacıyev MHP sədri Baxçalının Şuşada məktəb tikintisi ilə bağlı yazdığına aydınlıq gətirib

Sonrakı məqalə

“Çelsi” Çempionlar Liqasının ikiqat qalibi oldu