“Çelsi” Çempionlar Liqasının ikiqat qalibi oldu

UEFA Çempionlar Liqasında 2020/2021 mövsümünün qalibi müəyyənləşib.

“Report”un məlumatına görə, İngiltərənin “Çelsi” komandası tarixində ikinci dəfə Avropanın ən nüfuzlu klub turnirinin baş mükafatını qazanıb.

“Zadəganlar” finalda “Mançester Siti” üzərində 1:0 hesablı qələbə qazanıb. Yeganə qolu 42-ci dəqiqədə Kay Haverts vurub.

Beləliklə, “Mançester Siti” tarixində ilk dəfə Çempionlar Liqasını əldə etmə şansını qaçırıb. “Çelsi” isə 9 ildən sonra yenidən Çempionlar Liqasının qalibi olub. London təmsilçisi həmçinin 2019-cu ildə Bakıda Avropa Liqasını qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Koçaryan qalib gəlsə deməli Azərbaycan yazıçısı Anar düz deyirmiş…” –

Sonrakı məqalə

Liviyada hərbi parad zamanı qırıcı təyyarə qəzaya uğrayıb