Koçaryan və Sərkisyan parlamentdə neçə yer əldə edib? –

RƏQƏMLƏR
21 İyun 2021 - 10:46

Nikol Paşinyan bəyan edib ki, onun sədri olduğu “Vətəndaş Müqaviləsi” Partiyası parlamentdə 71 mandatdan az yer qazanmayıb.

Artıq rəsmi rəqəmlər də məlum olub.

Ermənistan parlamentinə 105 deputat seçilib. “Vətəndaş Müqaviləsi” 72 mandat, Koçaryanın rəhbəri olduğu “Hayastan” bloku 27 yer, Serj Sərkisyanın “Xidmətinizdəyik” bloku 6 yer əldə edib.