Köhnəlmiş dərsliklərin taleyi necə olur? –RƏSMİ

Təhsil Nazirliyi istifadə müddəti bitən dərsliklərin şagirdlər tərəfindən məktəblərə təhvil verildikdən sonra onların hansı məqsədlər üçün istifadə edilməsinə münasibət bildirib.

Nazirlikdən Trend-in sorğusuna cavab olaraq, qeyd edilib ki, “Kitabxana işi haqqında” qanuna görə köhnəlmiş və ya yararsız hala düşmüş kitabların qanunvericilikdə müəyyən olunmuş qaydada kitabxana fondundan çıxarılması kitabxananın malik olduğu əsas hüquqlardandır.

Qanunun bu müddəasına əsasən, köhnəlmiş və ya yararsız hala düşmüş dərsliklər şagirdlərdən toplandıqdan sonra onların məktəb – kitabxana fondundan çıxarılması (silinməsi) prosesi həyata keçirilir.

Daha sonra silinən dərsliklər təkrar xammal tədarükü ilə məşğul olan müvafiq təşkilatlara yönəldilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Polis postlarının götürülməsindən sui-istifadə edilməməlidir” –

Sonrakı məqalə

İqtisadiyyat nazirinin müavini supermarket rəhbərləri ilə görüşdü