Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Köhnə telefonları atmayın: Kəskin bahalaşır –

User 19 Aprel 2026 - 11:15 (Last updated: 19 Aprel 2026 - 07:06)
mobil-telefonlar-foto

Köhnə mobil qurğular, yaxın vaxtlara qədər lazımsız əşya hesab edilən telefonlar gözlənilmədən bahalaşıb. Üstəlik, bu artım nadir modellərlə deyil, istifadəçilərin istifadə etmədiyi adi smartfonlarla bağlıdır. 

Bu barədə “Ziare” nəşri yazır.

Bunun əsas səbəbi müəyyən komponentlərin, xüsusilə operativ yaddaşın qlobal çatışmazlığıdır. Yarımkeçirici istehsalçıları diqqəti süni intellekt üçün nəzərdə tutulan həllərə yönəltdiyindən, mobil cihazlar üçün yaddaş istehsalı azalıb.

Bu fonunda artıq mövcud olan yaddaşlara, o cümlədən köhnə smartfonların daxilində olan komponentlərə tələbat kəskin artıb. Nəticədə bu cihazlar istifadə üçün deyil, ehtiyat hissələrinə sökülməsi məqsədilə kütləvi şəkildə alınmağa başlayıb.

Elektronikanın təkrar emalı ilə məşğul olan şirkətlər köhnə telefonlardan ən dəyərli hissələri, xüsusilə yaddaş modullarını çıxararaq digər cihazlarda yenidən istifadə edir. Bu da hətta köhnəlmiş qurğuları gözlənilmədən gəlirli edib.

Mediaya görə, hazırda bir köhnə smartfondan əldə olunan komponentlərin dəyəri əvvəlki ilə müqayisədə 5–6 dəfə yüksək ola bilər. Xüsusilə böyük yaddaşa malik cihazlar daha qiymətlidir — bunlar adətən daha bahalı modellər olur.

Məsələn, “Xiaomi” və ya “Poco” brendlərinə aid bəzi smartfonlar yalnız komponentlərinin təkrar emalı hesabına 60–70 dollar gəlir gətirə bilər. Bu tendensiya xüsusilə Çində daha aydın müşahidə olunur: burada hər il milyonlarla cihaz istifadədən çıxarılır. Lakin onların yalnız bir hissəsi təkrar emala yönləndirilir ki, bu da bazarda yüksək tələbat və çatışmazlığı qoruyur.

Mütəxəssislər həmçinin xəbərdarlıq edir ki, köhnə telefonu satmazdan və ya təhvil verməzdən əvvəl şəxsi məlumatları tam silmək vacibdir ki, məlumat sızmasının qarşısı alınsın.

Beləliklə, uzun müddət kənarda qalan smartfon zibil deyil, xüsusilə qlobal komponent çatışmazlığı şəraitində dəyərli aktivə çevrilə bilər. /Valyuta.az/

AzPost.az

Post navigation

Previous: Azərbaycanın ən böyük və kiçik bankı hansıdır?
Next: Ucuz qızıllar saxtadır?

Oxşar xəbərlər

teyyare qeza rus
  • Sosial

Rusiyada “An-12” təyyarəsi qəzaya uğrayıb, 17 nəfər həlak olub

User 17 Noyabr 2026 - 19:20
Toy
  • Sosial

Camış əti və süni kürü… 41 şadlıq sarayında ciddi nöqsanlar aşkarlandı

User 17 Noyabr 2026 - 18:18
leyla
  • Sosial

ƏSA Teatrının aktrisası Leyla Musayeva vəfat etdi

User 17 Noyabr 2026 - 16:38

xƏBƏR

Gmail
  • Media

Gmail, Microsoft və Apple xidmətlərində problem yaranıb

User 17 Noyabr 2026 - 22:55
ABŞ-dan və digər ölkələrdən iri miqyaslı texniki nasazlıqlarla bağlı yeni məlumatlar daxil olur. İstifadəçilər Gmail, Marriott, Outlook...
Read more about Gmail, Microsoft və Apple xidmətlərində problem yaranıb
Putin Trampla görüş üçün Çinə gəldi putin
  • Dünya

Putin Trampla görüş üçün Çinə gəldi

User 17 Noyabr 2026 - 22:47
Britaniya İsrail şirkətlərinə sanksiya tətbiq etdi – Səbəb london01
  • Dünya

Britaniya İsrail şirkətlərinə sanksiya tətbiq etdi – Səbəb

User 17 Noyabr 2026 - 22:28
Ürəyinizi təhlükəyə atan 7 gündəlik vərdiş – Kardioloqlar xəbərdarlıq edir urek mualice
  • Maraqlı

Ürəyinizi təhlükəyə atan 7 gündəlik vərdiş – Kardioloqlar xəbərdarlıq edir

User 17 Noyabr 2026 - 22:06
Səhər yuxudan oyanan kimi bu 3 vərdişi etməyin – Stress hormonunu artırır yuxu
  • Maraqlı

Səhər yuxudan oyanan kimi bu 3 vərdişi etməyin – Stress hormonunu artırır

User 17 Noyabr 2026 - 21:53
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.