Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Kolleclərə yeni direktorlar təyin olunub

User 05 İyul 2024 - 17:44 (Last updated: 21 May 2025 - 20:15)
kollec

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Şəhriyar Laçınov Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecinə, Sevinc Həmzəyeva Qida Sənayesi Kollecinə və Davud Davudov Maliyyə-İqtisad Kollecinə direktor təyin edilib.

Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, Şəhriyar Laçınov bakalavriat təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində, magistratura təhsilini isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin ABŞ-nin Corc Vaşinqton Universiteti ilə birgə həyata keçirdiyi “Təhsil menecmenti/Təhsil və insan inkişafı” istiqaməti üzrə almışdır. 3-cü “Yüksəliş” müsabiqəsinin finalçısı Ş.Laçınov bu təyinatadək Elm və Təhsil Nazirliyinin Kadrların peşəkar inkişafı sektorunun müdiri vəzifəsində çalışmışdır.

Davud Davudov Milli Aviasiya Akademiyasında “Hüquqşünas” ixtisası üzrə təhsil almış və 2018-ci ildə ona Ali Attestasiya Komissiyası tərəfindən Hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. D.Davudov müxtəlif notariat kontorlarında aparıcı mütəxəssis, vəkil bürosunda hüquqşünas vəzifəsində çalışmışdır. O, 2020-cü ildən etibarən Milli Avasiya Akademiyasında müəllim olaraq fəaliyyətini davam etdirmişdir.

Sevinc Həmzəyeva 2005-ci ildə Bakı Qızlar Universitetinin Tarix və ictimaiyyət ixtisası üzrə bakalavriat təhsili almışdır. O, Cəbrayıl rayon Hovuslu kənd orta məktəbində tarix müəllimi, Bakı Qida Sənayesi Kollecində tarix müəllimi, şöbə müdiri və direktor müavini vəzifələrini icra edib. S.Həmzəyeva bu təyinatadək Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Qida Sənayesi Kollecində tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

Post navigation

Previous: Ərdoğana Türkiyə millisinə dəstək üçün Almaniyaya getməyi İlham Əliyev təklif edib
Next: Göygöldə Üçüncü Milli Yaylaq Festivalının açılış mərasimi olub

Oxşar xəbərlər

dava
  • Sosial

Məktəbdə insidentlə bağlı cinayət işi başlanılıb – 3 nəfər məsuliyyətə cəlb olunub

User 29 Oktyabr 2026 - 16:56
din kolleg
  • Sosial

Ölkədə 9 ayda 22 804 cinayət qeydə alınıb – 6,4 ton narkotik götürülüb

User 29 Oktyabr 2026 - 16:03
kredit
  • Sosial

İpoteka Fondunda ekspertlərlə görüş keçirilib

User 29 Oktyabr 2026 - 14:42

xƏBƏR

usaq gezmek
  • Maraqlı

Uşaqlar gündə neçə saat gəzməlidir? – Nevroloq yaşa görə normanı açıqladı

User 29 Oktyabr 2026 - 18:40
7–10 yaşlı uşaqlara gündə ən azı 2–3 saat, yeniyetmələrə isə ən azı 1,5 saat gəzintidə olmaq tövsiyə...
Read more about Uşaqlar gündə neçə saat gəzməlidir? – Nevroloq yaşa görə normanı açıqladı
İsraildə səslərin 97,3 faizi sayılıb – Partiyaların mandat bölgüsü dəyişdi israil
  • Dünya

İsraildə səslərin 97,3 faizi sayılıb – Partiyaların mandat bölgüsü dəyişdi

User 29 Oktyabr 2026 - 17:41
İran ABŞ -la müharibəni dayandırmaq təklifini rədd edir? – Qətərdən yeni plan abs iran danisiq
  • Dünya

İran ABŞ -la müharibəni dayandırmaq təklifini rədd edir? – Qətərdən yeni plan

User 29 Oktyabr 2026 - 17:35
Məktəbdə insidentlə bağlı cinayət işi başlanılıb – 3 nəfər məsuliyyətə cəlb olunub dava
  • Sosial

Məktəbdə insidentlə bağlı cinayət işi başlanılıb – 3 nəfər məsuliyyətə cəlb olunub

User 29 Oktyabr 2026 - 16:56
Prezident İlham Əliyev Türkiyəyə getməyəcək ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə getməyəcək

User 29 Oktyabr 2026 - 16:12
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.