Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

Kommunal xərclərdə vətəndaşın cibinə necə girilir?

Orkhan Ali 12 Yanvar 2026 - 13:18 (Last updated: 12 Yanvar 2026 - 15:24)
Qaz-işıq

Qaz-işıq

Azərbaycanda elektrik enerjisi və təbii qaz üzrə tətbiq edilən limitli tarif sistemi vətəndaşların az istehlaka görə daha az ödəniş etməsini nəzərdə tutur. Lakin praktika göstərir ki, sayğac oxunuşlarının vaxtında aparılmaması bu mexanizmin effektivliyini azaldır və bir çox hallarda istehlakçıların əlavə xərc çəkməsinə səbəb olur.

AzPost bildirir ki, hazırda elektrik enerjisi üzrə qüvvədə olan tariflərə əsasən, aylıq istehlak 200 kilovat-saata qədər olduqda bir kilovat üçün 8,4 qəpik, 200–300 kilovat-saat aralığında 10 qəpik, 300 kilovat-saatdan yuxarı isə 15 qəpik tətbiq edilir. Təbii qaz üzrə isə illik istehlak 1200 kubmetrə qədər olduqda tarif 12 qəpik, bu həddi keçdikdə isə 20 qəpik təşkil edir.

Bu tarif mexanizmi faktiki olaraq aylıq – təxminən 30 günlük istehlak dövrü üzərində qurulub. Lakin vətəndaşların bildirdiyinə görə, bir çox hallarda sayğac oxunuşları 30 gün əvəzinə 35, bəzən isə 40 gün intervalı ilə aparılır. Nəticədə eyni istifadə səviyyəsinə baxmayaraq, istehlak həcmi süni şəkildə artır və vətəndaş daha yüksək tariflə hesablanan limitə düşür.

Məsələn, bir ay sayğac oxunuşu ayın 5-də aparıldığı halda, növbəti ay bu tarix ayın 8-i və ya 10-u ola bilir. Bu gecikmə əlavə 3–5 günün istehlakının bir hesablama dövrünə düşməsinə səbəb olur. Nəticədə limit aşılır və istehlakçı daha çox ödəniş edir.

Mövcud normativ tələblərə əsasən, kommunal xidmətlər üzrə hesablamalar müntəzəm və eyni zaman intervalında aparılmalıdır. Hesablama dövrünün süni şəkildə uzadılması və bunun nəticəsində tarifin dəyişməsi istehlakçının maraqlarına zidd hesab olunur. Ekspertlər bildirir ki, 30 gündən artıq dövrü əhatə edən istehlak bir ayın limiti kimi təqdim edilirsə, bu, tarif mexanizminin mahiyyətinə uyğun gəlmir.

Mütəxəssislərin fikrincə, belə halların qarşısını almaq üçün sayğac oxunuşları sabit tarixlər üzrə həyata keçirilməli, 30 gündən artıq dövr əhatə olunarsa, istehlak gün sayı üzrə proporsional şəkildə bölünməlidir. Əks halda, limitli tarif sistemi vətəndaşın xeyrinə deyil, onun əlavə xərc çəkməsinə xidmət etmiş olur.

AzPost.az

Post navigation

Previous: “Mümkün olsa İranda interneti işə sala bilərik” –
Next: Bakıda məşhur restoranın tavanı çöküb, işçilər yaralanıb

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

ilham erdoqan
  • Baş Yazı

Ərdoğan Azərbaycana səfərə gəldi

User 08 Noyabr 2026 - 13:56
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Füzuli Beynəlxalq Hava Limanında...
Read more about Ərdoğan Azərbaycana səfərə gəldi
“Ölümsüz Komandan – Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb zefer video
  • Siyasət

“Ölümsüz Komandan – Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb

User 08 Noyabr 2026 - 13:52
Şeyxülislam və dini icma rəhbərləri Zəfər Tağını ziyarət edib seyx zefer
  • Din

Şeyxülislam və dini icma rəhbərləri Zəfər Tağını ziyarət edib

User 08 Noyabr 2026 - 13:33
KTMT liderləri Moskvada toplaşır – Putin sammitdə iştirak edəcək ktmt lideri
  • Dünya

KTMT liderləri Moskvada toplaşır – Putin sammitdə iştirak edəcək

User 08 Noyabr 2026 - 13:24
Səudiyyə Ərəbistanının paytaxtında raket hücumu – “Aramco” binası zədələndi aramko
  • Dünya

Səudiyyə Ərəbistanının paytaxtında raket hücumu – “Aramco” binası zədələndi

User 08 Noyabr 2026 - 13:14
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.