Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Konstitusiya” Araşdırmalar Fondu cəzaçəkmə müəssisələri ilə bağlı layihəsini yekunlaşdırıb

User 27 Oktyabr 2025 - 19:10 (Last updated: 27 Oktyabr 2025 - 19:10)
kaf01
“Konstitusiya” Araşdırmalar Fondu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən “Cəzaçəkmə müəssisələrinin monitorinqi” layihəsini uğurla başa çatdırıb.
AzPost bildirir ki, layihənin əsas məqsədi məhkumların hüquqi maarifləndirilməsi, onlara hüquqi yardım göstərilməsi və Ədliyyə Nazirliyinin penitensiar müəssisələrində insan hüquqlarının təminatı vəziyyətinin qiymətləndirilməsi olub.
Layihə çərçivəsində Fondun ekspert və hüquqşünaslardan ibarət komandası Ədliyyə Nazirliyinin 11 penitensiar müəssisəsində monitorinqlər həyata keçirib. Bunlara 4, 5, 6, 10, 11, 12, 14, 15, 16 saylı cəzaçəkmə müəssisələri, Lənkəran penitensiar kompleksi və Umbakı cəzaçəkmə müəssisəsi daxildir.
Layihə çərçivəsində “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə” və “Amnistiya və Əfvetmə” mövzularında 11 maarifləndirici seminar keçirilib. Bu tədbirlərdə ümumilikdə 452 məhkum iştirak edib.
Seminarlar zamanı məhkumlara hüquqi savadlılıq, hüquqi prosedurlar və azadlığa çıxış imkanları barədə ətraflı məlumat verilib.
Maarifləndirmə ilə paralel olaraq, 11 müəssisədə fərdi hüquqi məsləhət xidmətləri də təşkil olunub. 321 məhkum Vəkillər Kollegiyasının üzvü olan vəkil və peşəkar hüquqşünaslardan ödənişsiz hüquqi yardım alıb. Bu xidmətlər məhkumların müraciətləri əsasında fərdi qaydada həyata keçirilib və onların hüquqlarının müdafiəsinə real dəstək verib.
Monitorinqlərin nəticələri Ədliyyə Nazirliyinə, eləcə də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təqdim ediləcəkdir. Layihənin icrası müddətində Ədliyyə Nazirliyi ilə əməkdaşlıq səmərəli və qarşılıqlı etimada əsaslanan şəkildə qurulub.
Layihə məhkumların hüquqi maarifləndirilməsinin artırılması, reabilitasiya və cəmiyyətə reinteqrasiya proseslərinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
“Konstitusiya” Araşdırmalar Fondu gələcəkdə bu istiqamətdə əldə olunan təcrübəni genişləndirərək, cəza siyasətində insan hüquqlarına əsaslanan idarəetmə modelinin formalaşmasına töhfə verməyi qarşısına məqsəd qoyub.

AzPost.az

Post navigation

Previous: Türkiyə XİN müavini Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb
Next: “Vətən Torpağını Qanları ilə Suvaranlar” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

Oxşar xəbərlər

erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
ilham erdoqan herbciler
  • Sosial

Azərbaycan və Türkiyə prezidentləri hərbi qulluqçularla görüşdü

User 08 Noyabr 2026 - 20:08

xƏBƏR

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Read more about Azərbaycanda Dövlət Bayrağı Günüdür
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.