Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual
  • ÖZƏL

Kontakt Home müştərisindən şikayət: Kredit müqaviləsindəki şərtlər sual altına düşüb

Orkhan Ali 02 Oktyabr 2025 - 07:59 (Last updated: 02 Oktyabr 2025 - 08:00)
KontaktHome

KontaktHome

Vətəndaş Yasin Zamanov Kontakt Home mağazasından kreditlə aldığı mobil telefonla bağlı əlavə cərimə faizlərinin tətbiq edilməsindən narazıdır.

AzPost xəbər verir ki, müştərinin sözlərinə görə, o, 19 may 2025-ci ildə Sumqayıtda yerləşən Kontakt Home mağazasından “İphone 16 (128 GB)” model telefonu kreditlə alıb. Müqavilə şərtlərinə əsasən, müştərinin 6 ay müddətində rəsmi iş yeri olmadığı təqdirdə cərimə faizləri hesablanmamalı idi.

Zamanov bildirir ki, telefonu alarkən onun rəsmi iş yeri olub. Lakin 4 avqust 2025-ci ildə işdən ayrıldığını və işsiz qaldığını rəsmi sənədlərlə mağazaya təqdim edib. Bu zaman cərimə faizləri silinib. Daha sonra, 23 sentyabrda yenidən sənədləri təqdim edən müştəri mağaza əməkdaşlarından eyni sözləri eşidib – “sənədlər göndərildi”.

Lakin şikayətçinin iddiasına görə, 25 sentyabrda yenidən rəsmi işə başlasa da, cərimələr silinməyib və əksinə artmaqda davam edib. Onun sözlərinə görə, mağazaya yaxınlaşanda isə ona belə cavab verilib: “Artıq rəsmi işiniz var, buna görə cərimələr silinməyəcək”.

“Bu, məntiqə sığmır. Mən cəmi 5 gündür rəsmi işə başlamışam, amma üzərimə 200 manata yaxın cərimə yazılıb. Növbəti ayın ödənişini də necə edəcəyim sual altındadır”, – deyə Zamanov  bildirib.

Şikayətçi əlavə edib ki, məsələ ilə bağlı “qaynar xətt”ə müraciət etsə də, heç bir köməklik göstərilməyib. Müqavilənin nömrəsi isə 764011 olaraq qeyd edilib.

Kontakt Home-dan isə məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.Q

Qeyd edək ki, müştəri şikayəti “Facebook” sosial şəbəkəsində paylaşaraq, problemi ictimailəşdirib.

AzPost.az

Post navigation

Previous: Prezident İlham Əliyev Kopenhagendə ziyafətdə iştirak edib
Next: KFC-dən narazılıq: “Fast food yox, sanki səbr sınağıdır”

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

abs iran danisiq
  • Dünya

ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu

User 31 Oktyabr 2026 - 22:39
ABŞ nümayəndə heyəti İranla birbaşa danışıqlara qoşula bilər. Qətərin “Al-Araby Al-Jadeed” qəzeti Qətər və Pakistanın vasitəçilik səyləri...
Read more about ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu
Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib Tibbi Yardım
  • Sosial

Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib

User 31 Oktyabr 2026 - 21:55
ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi rubio
  • Dünya

ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi

User 31 Oktyabr 2026 - 21:27
İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir? abs iran savas
  • Dünya

İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir?

User 31 Oktyabr 2026 - 18:54
Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp Tramp
  • Dünya

Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp

User 31 Oktyabr 2026 - 18:34
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.