Köp qarın boşluğunda qazların toplanması nəticəsində yaranır. Bağırsaq bakteriyaları tərəfindən udulan hava və qəbul edilən qidalar ilə birgə ağızdan alınan hava həm mədədə, həm də bağırsaqlarda köpün yaranmasına və nəticədə qaz sancısına səbəb olur.
Köp nəticəsində qaz sancısının yaranmasına amil olan əsas səbəblər:
Qidaya qarşı allergiya
Uzun müddət hərəkətsiz qalmaq
Hava udmaq
İstifadə müddəti bitmiş qidalardan istifadə etmək
Lifli qidaların həddindən artıq istehlakı
Böyük dişləmələrdə yemək istehlakı
Yeməkləri kifayət qədər çeynəmədən udmaq
Bağırsaqlarda sağlamlıq problemləri
Bədənin uzun müddət soyuğa məruz qalması, xüsusilə ayaq və qarın bölgəsi
Çox yağlı və ədviyyatlı qidalar qəbul etmək
Südün həddindən artıq istehlakı
Həddindən artıq qazlı və şəkərli içkilərdən istifadə etmək
Zərərli vərdişlər
Köp nəticəsində yaranan qaz sancısı üçün faydalı olan və ümumiyyətlə tövsiyə edilən təbii vəsaitlər isə bunlardır:
Zəncəfil
Zəncəfil qaz sancısını, xüsusən də qaz səbəbiylə qarında his edilən ağrıları azaldan ən təsirli bitki mənşəli reseptlər arasındadır. Ancaq zəncəfil də həddindən artıq istehlak edildikdə mədə ağrılarına səbəb ola bilər. Buna görə də ehtiyatla istifadə edilməlidir. Təzə zəncəfili soyulub sürtgəcdən keçirdikdən, və ya nazik dilimlərə kəsib çaydanda qara çay kimi dəmləyərək içdikdə qaz sancısı azalır. Zəncəfil çayı dəmlənərkən çini çaydandan istifadə etmək məsləhətdir. Dəmlənmiş çay çox gözləmədən içilməlidir. Zəncəfil çayı hazırlayarkən çaydana limon dilimləri də əlavə etmək olar.
Zirə
Bir çimdik zirə 1 stəkan qaynar suya əlavə edilir, dəmlənməsi üçün 10 dəqiqə gözlənir. Yeməklərndən sonra içilir. 1 çay qaşığı zirə südə qarışdırıb içmək də çay qədər faydalıdır.
Sirkə
Bir stəkan ilıq suya təxminən 1 xörək qaşığı alma sirkəsi əlavə edib içmək sancını azaldır.
Razyana toxumu
Bir cimdik razyana toxumu çeynəmək və ya çay kimi dəmləyib içmək qaz sancıasına faydalıdır.
Darçın
Darçın ağrı kəsici təsirinə görə qaz səbəbi ilə yaranan qarın ağrısını kəsər, mədə və bağırsaqların rahatlamasına kömək edər. Zəncəfil kimi çayını dəmləyib içmək və ya qatığa əlavə edib yemək məsləhətdir.
Darçın çayı, darçın tozundan olduğu kimi qabığından da hazırlamaq olar. Darçın qabığından çay dəmlənərkən qabıqlar suda yuyulduqdan sonra üzərinə qaynadılmış su tökülür və dəmlənməsi üçün 10 dəqiqə gözlənir. Ancaq qabıqlar suda qaynadılmamalıdır. Əks təqdirdə darçın qabığı həm vitaminini, həm də dadını itirəcək. Toz darçından çay isə 1 stəkan suya 1,5 çay qaşığı toz darçın əlavə edilərək hazırlanır. Dəmlənmiş darçınlı çayı şirinləşdirmək üçün baldan istifadə etmək olar.
Çörək soda
Qaz sancısını azaltmaq üçün bir stəkan ilıq suya 1 və ya yarım çay qaşığı Çörək soda əlavə edib qarışdırdıqdan içmək məsləhətdir.
İsti su torbası
İsti su torbasını ağrılı nahiyəyə qoyub 5 dəqiqə gözləmək faydalıdır.
Məşq
Arxa üstə uzanıb yarım oturaq hərəkətlər etmək və ya ayaqları dizdən büküb qarnına çəkərək məşq etmək ağrının azalmasına səbəb olar.