Koreya Yapon dənizinə yaxın mənzilli raket buraxıb

Koreya Xalq Demokratik Respublikası Yapon dənizi istiqamətində yaxın mənzilli raket buraxıb.

Bu barədə “Yonhap” agentliyi Cənubi Koreya hərbçilərinə istinadla məlumat yayıb. Raketin Şimali Pyonqan vilayətindən yerli vaxtla səhər saat 6:53-də buraxıldığı və təxminən 600 kilometr uçduğu bildirilir. Cənubi Koreya və ABŞ kəşfiyyat qurumları KXDR-in raket buraxılışının detallarının öyrənilməsinə çalışır.

Qeyd edək ki, KXDR ilin əvvəlindən bəri bir neçə dəfə ballistik və hipersəsli raket buraxışı həyata keçirib. İndiki raket buraxılışı isə ABŞ-nin vitse-prezidenti Kamala Harrisin Seula planlaşdırılan səfəri, habelə Cənubi Koreya və ABŞ hərbçilərinin Şərq dənizində növbəti hərbi təlimlərin ərəfəsinə təsadüf edir.

Əvvəlki məqalə

Beş qonşu ölkə rusiyalı vətəndaşlara sərhədi açmaqdan imtina edib

Sonrakı məqalə

UEFA Millətlər Liqasında beşinci tura yekun vurulub –