Amerikanın Oftalmologiya Akademiyası gözdə olan dəyişikliyin də koronavirus xəstəliyinin bir əlaməti ola biləcəyi barədə xəbərdarlıq edib.
Bu xəstəlik “çəhrayı göz” kimi tanınan konyuktivitdir (gözlərin selikli qişasının iltihabı).
Amerikanın Oftalmologiya Akademiyası göz xəstəliklərini müalicə edən digər oftalmoloqlara və mütəxəssislərə tədbirlərin görülməsi barədə xəbərdarlıq edib, belə ki, COVID-19-un az xəstədə olsa da, “çəhrayı göz”ə səbəb olduğu müşahidə edilib.
“Medical Virology” jurnalında dərc edilən bir araşdırmanın nəticələri tədqiqatçıların COVID-19-a səbəb olan virusun “çəhrayı gözlər” olan koronavirus xəstələrində də aşkar etdiyini göstərib.
Amerikanın Oftalmologiya Akademiyası koronavirusun yayılmaması üçün həkimlərə “çəhrayı göz” xəstələrini müalicə edərkən gözlərini, burunlarını və ağızlarını örtmək də daxil olmaqla, riayət etmələri üçün xüsusi təlimatlar verib.