Koronavirus nə qədər “yaşayır”? –Alimlər müddəti açıqladılar

Koronavirus səthlərdə 17 gün qala bilər.

RİA Novosti xəbər verir ki, bu, A Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin hesabatında bildirilir.

Mütəxəssislər üç kruiz gəmisindəki COVID-19-a yoluxma hallarını araşdırıblar. Bildirilir ki, gəmilər müxtəlif ölkələrdən olan səyahətçilərin yerləşdikləri məhdud ərazi olması səbəbindən yoluxucu xəstəliklərin yayılması üçün münbit şərait yaradılır.

Fevral ayında 700-dən çox insanın koronavirusa yoluxduğu “Diamond Princess” kruiz gəmisini araşdırdıqdan sonra elm adamları COVID-19 virusunun iki həftədən çox yaşaya biləcəyi qənaətinə gəliblər. Qeyd edilir ki, sərnişinlər bütün kayutları tərk etdikdən 17 gün sonra da burada SARS-CoV-2 aşkar olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Maska tikmək üçün lazım olan kimyəvi iplər gömrük rüsumundan azad edildi

Sonrakı məqalə

Tanınmışlar Allahşükür Paşazadəyə dəstək verdilər: