Koronavirus pandemiya elan olundu –Ümumdünya Səhiyyə Təşkilatı virusun ölkələri bürüdüyünü açıqladı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusu pandemiya elan edib. 

“RİA Novosti” xəbər verir ki, bu barədə qurumun baş katibi Tedros Adanom Gebreisus Cenevrədə keçirdiyi brifinqdə məlumat verib.

“Yaxın günlər və həftələr ərzində yoluxma hallarının, ölümlərin, infeksiyanın yayılacağı ölkələrin artacağını gözləyirik. Bu baxımdan COVİD-19-un pandemiya olaraq dəyərləndirilə biləcəyi qənaətinə gəldik”, – o qeyd edib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 121 ölkədə qeydə alınıb. (Report)

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 122 235-ə çatıb. Bunların 66 993 nəfəri sağalıb, 4 391 nəfəri isə ölüb.

Pandemiya yoluxucu xəstəliyin  bir ölkəni, eyni zamanda onunla həmsərhəd ölkələri, bəzən bir çox ölkələri bürüməsinə deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabirabadda 4-cü sinif şagirdi özünü asdı –

Sonrakı məqalə

Hollivudda 9 il əvvəl çəkilən filmdə koronavirus vahiməsi –