“Koronavirus qrip kimi mövsümi deyil” –ÜST arxayınlaşmamağa çağırdı   

Ümumdünya Səhiyyə Təşkilatı (DST) yeni koronavirusun yayda şimal yarımkürəsində yayılmasından arxayın olmamağa çağırıb, virusun qrip kimi mövsümə uyğun davranmadığını bildirib.

“Adamlar hələ də mövsümlər barədə düşünürlər. Bunun yeni virus olduğunu, fərqli davrandığını anlamalıyıq”, – ÜST təmsilçisi Marqaret Harris Cenevrədə virtual brifinqdə deyib. O, kütləvi tədbirlərlə yayılan virusa yoluxmanı səngitməkdən ötrü tədbirlərə əməl etməyə çağırıb.

Qurum təmsilçisi həmçinin virus dalğaları haqda da danışıb: “Bu, bircə böyük dalğa olacaq. Qalxıb azacıq düşəcək. Bunu sabitləşdirməli, ayağımıza dəyən bir şeyə çevirməliyik”, – o vurğulayıb.

Təkrar yoluxma, yoxsa yenidən xəstələnmə?

Koronavirusa ikinci dəfə yoluxma mümkündürmü? “The Associated Press” alimlərin bundan əmin olmadığını, ancaq ikinci dəfə yoluxmanın mümkünlüyünə inanmadıqlarını qeyd edir.

Səhiyyə ekspertləri düşünürlər ki, COVID-19-a yoluxmuş şəxslərdə immunitet yaranır və ikinci dəfə yoluxma çətinləşir. Ancaq onlar bu qorumanın nə qədər çəkəcəyindən əmin deyillər.

Virusdan sağaldığı güman edilən şəxslərin testlərinin yenidən pozitiv çıxması haqda məlumatlar gəlir, ona görə də bəziləri təkrar yoluxduqlarını düşünürlər. Ancaq ekspertlərin gümanınca, adamlar elə eyni xəstəlikdən əziyyət çəkirlər, yaxud da testlər ilkin yoluxmanın qalıqlarını göstərir. Bundan başqa pozitiv nəticənin saxta olması ehtimalı da var.

Alimlər deyirlər ki, testi təkrar pozitiv çıxanın virusu digərlərinə yoluxdurma ehtimalına dəlil yoxdur.

Anticismlər nə qədər qalır

Araşdırmalara görə, oxşar virus tutmuş şəxslər üç aydan bir ilə qədər müddətə ilkin yoluxmadan təkrar xəstələnə bilərlər. Bunun koronavirusla da baş vermə ehtimalı hələlik, bəlli deyil.

“Bu, yeni yaranan elmdir”, – Boston Kollecində qlobal ictimai səhiyyə proqramının direktoru Dr. Filip Landriqan deyib.

Ötən həftə ABŞ-da dərc olunmuş kiçik bir araşdırma isə üzə çıxarıb ki, xəstəliyi yüngül keçirənlərdə anticismlər bir neçə ay qala bilər, yəni adamlar təkrar yoluxa bilərlər. Di gəl, anticismlər virusa qarşı yeganə müdafiə deyil, immun sisteminin digər hissələri də qorumaya yardımçı ola bilər.

Agentlik yazır ki, təkrar yoluxmanın mümkün olub-olmaması sualının həlli vacibdir. Əgər mümkündürsə, iş yerlərinə qayıtmaqdan ötrü “immunitet pasportları” ideyasına ziyan dəyər. Digər tərəfdən, uzunmüddətli vaksinlərə bəslənən ümidlər üçün də yaxşı xəbər olmaz. (Azadlıq Radiosu)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bayram namazı necə qılınacaq? –

Sonrakı məqalə

Azərbaycanın axtarışa verdiyi 4 nəfər Rusiyadan ekstradisiya edilib