Koronavirusa qalib gələn ilk ölkə məlum oldu

İslandiya faktiki olaraq koronavirus pandemiyasını aradan qaldırıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli hökumət bildirib.

Ölkə rəsmiləri qeyd ediblər ki, ölkədə koronavirusa yoluxmuş xəstələrin 97%-i artıq sağalıb.

“İslandiyada 1 799 nəfərin COVID-19 testi müsbət olub, 1 750 nəfər isə yoluxmayıb. Təəssüf ki, xəstəlik on insanın həyatına son qoydu”, – hökumətin bəyanatında deyilir.

İndi ölkədə koronavirus infeksiyasına 39 yoluxma var, xəstəxanalarda cəmi 3 pasiyent qalır, lakin onların vəziyyəti üçün narahatlığa əsas yoxdur.

İslandiya hakimiyyəti bazar ertəsi planlaşdırıldığı kimi, hələ martın 16-da tətbiq edilmiş məhdudlaşdırıcı tədbirlərin ləğvinə başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tramp koronavirusla bağlı statistikaya inanmır

Sonrakı məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi