Tramp koronavirusla bağlı statistikaya inanmır

ABŞ prezidenti Donald Tramp bildirib ki, ölkənin koronavirusa yoluxma ilə bağlı statistikasına inanır, amma Çinin bununla bağlı məlumatlarını etibarlı hesab etmir.

“Report” xəbər verir ki, bu barədə ABŞ rəhbəri Ağ Evdə jurnalistlərin suallarına cavab verərkən deyib.

“Mən düşünürəm, ABŞ üzrə bu məlumatlar olduğu kimidir. Təxminən 70 min (insan öldü-red).

Mən insanlarn az öldüyü Çin və başqa ölkələr üzrə məlumatlara inanmıram. Amma siz xəbərə baxırsınız və görürsünüz ki, nələr olur”.

Qeyd edək ki, ABŞ-da federal və yerli hakimiyyətin məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universitetinin məlumatına Birləşmiş Ştatlarda koronavirusa 1,2 milyondan çox yoluxma qeydə alınıb, 71,5 mindən çox insan ölüb.

Çin Xalq Respublikasında virusa 82,8 mindən çox yoluxma qeydə alınıb, 4,6 mindən çox insan ölüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dünyada koronavirusa yoluxanların sayı 3,6 milyon nəfərə çatdı

Sonrakı məqalə

Koronavirusa qalib gələn ilk ölkə məlum oldu