“Koronavirusa qarşı peyvəndin yan təsirləri qeydə alınmayıb” –Rusiya açıqladı

Rusiyanın koronavirusa qarşı Sputnik V peyvəndinin klinik sınağı keçiriləndən sonra könüllülərdə heç bir ciddi yan təsir qeydə alınmayıb.

Bu barədə Rusiya Səhiyyə Nazirliyinin Hamaley adına Milli Epidemiologiya və Mikrobiologiya Mərkəzinin direktor müavini, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Denis Loqunov bildirib.

“Peyvənd 18-60 yaş arası sağlam könüllülərə vurulub və çox yaxşı təhlükəsizlik profili göstərib. Könüllülərdən heç birində ciddi yan effekt qeydə alınmayıb”, – deyə o qeyd edib.

  1. Loqunovun sözlərinə görə, koronavirusa yoluxub sağalmış vətəndaşların peyvənd olunmasının da əks göstərişləri yoxdur: “Peyvənd, ilk növbədə, koronavirusa yoluxmamış insanlar üçündür. Lakin koronavirusa yoluxub sağalmış insanların peyvənd olunmasında da heç bir məhdudiyyət yoxdur”.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Putinlə Avropa İttifaqı Şurasının rəhbəri arasında telefon danışığı olub

Sonrakı məqalə

Dövlət Neft Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib