Koronavirusa qarşı sanitariya maarifləndirmə işləri həyata keçiriləcək

- Təhsil müəssisələrində
07 Fevral 2020 - 12:15

Koronavirusa qarşı mübarizə məqsədilə təhsil müəssisələrində hansı tədbirlərin həyata keçiriləcəyi açıqlanıb.

Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, müvafiq dövlət qurumları ilə birlikdə əhali arasında koronavirus xəstəliyinin profilaktikası məqsədilə bütün təhsil müəssisələrində sanitariya maarifləndirmə işləri həyata keçiriləcək.