Koronavirusa yoluxma ən çox hansı ölkələrdə qeydə alınıb? –

ÜST açıqladı (SİYAHI RƏQƏMLƏR)
12 May 2020 - 09:40

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 88 mindən çox artıb.

“TASS”-ın verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 88 891 nəfər yeni koronavirusa yoluxub, 4 531 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 4 006 257 nəfərə, ölənlərin isə 278 892 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Avropa regionunda qeydə alınıb – 1 731 606 yoluxma və 156 603 ölüm halı. Avropa regionunda sutka ərzində 23 660 yoluxma halı, 1 051 ölüm halı qeydə alınıb.

İkinci yerdə Cənubi və Şimali Amerika qərarlaşıb. Burada yoluxanların sayı 1 702 451, ölənlərin sayı isə 101 874 nəfərə çatıb.

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 265 164 yoluxma və 8 013 ölüm halı qeydə alınıb.

Ölkələr üzrə hesabatda ən çox yoluxma halları ABŞ-da (1 271 645), İspaniyada (224 390), Rusiyada (221 344), Böyük Britaniyada (219 187), İtaliyada (219 070), Almaniyada (169 575), Braziliyada (155 939), Türkiyədə (138 657), Fransada (137 073) və İranda (107 603) qeydə alınıb.