Koronavirusla bağlı məktəblərdə tətilin müddəti uzadılacaq?

05 Mart 2020 - 11:59

Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirus təhlükəsi ilə əlaqədar təhsil müəssisələrində tətilin müddətinin uzadılıb-uzadılmasına aydınlıq gətirib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-nın sorğusuna  verilən cavaba görə, təhsil müəssisələrində tətilin müddəti ilə bağlı növbəti qərar real vəziyyətin təhlili və müzakirələrin nəticəsinə uyğun olaraq qəbul ediləcək.

Qeyd edək ki, tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 3-9 mart 2020-ci il tarixlərində bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb. İlk tədris günü mart ayının 10-u müəyyən edilib.