Azərbaycanda olan Çin vətəndaşlarının sayıAÇIQLANIB

“Çində koronavirus təhlükəsi ilə bağlı Azərbaycanla-Çin arasında aviareyslər məhdudlaşdırılıb. Həmçinin ölkəmizə gələn əcnəbilərin sayı azalıb, çünki elektron vizaların verilməsi məhdudlaşdırılıb”.

APA-nın xəbərinə görə, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov mətbuat konfransında deyib.

O bildirib k, Azərbaycanda olan Çin vətəndaşlarının martın 3-nə olan sayı 539 nəfərdir.

“Onlardan 69-u fevralın 1-dən sonra Azərbaycana gəlib. Onların ölkədə olma müddəti bitirsə, ölkəni tərk etmələri mümkün deyilsə, DMX tərəfindən vəziyyət nəzərə alınır”, – deyə DMX rəisi vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Koronavirusla bağlı məktəblərdə tətilin müddəti uzadılacaq?

Sonrakı məqalə

Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrini