“Koronavirusu siyasiləşdirməyə son qoyulmalıdır” –Tramp

ABŞ prezidenti Donald Tramp koronavirus infeksiyasının siyasiləşdirilməsinə son qoymağa çağırıb və virusun Birləşmiş Ştatlara necə gəldiyini müəyyən etməyə söz verib.

“TASS” xəbər verir ki, bu barədə o, jurnalistlərlə görüşündə bildirib.

“Biz virusu siyasiləşdirməyi dayandırmalıyıq və bunun əvəzində infeksiyanın ABŞ-a, bütün dünyaya necə gəldiyini qınamaq üçün birləşməliyik. Bunu axtarmaq və müəyyən etmək niyyətindəyik”, – Tramp belə deyib.

ABŞ liderinin sözlərinə görə, bu virusa qalib gəlmək üçün dünya ölkələri birlikdə çalışmalıdırlar: “ABŞ rəhbərliyi mümkün qədər çox insanın həyatını xilas etmək niyyətindədir. Biz bunun üçün başqa ölkələrlə də işləyirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan gecə iriçaplı pulemyotlarla atəşkəsi pozub –

Sonrakı məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi