“Koronavirusun əsl mənşəyi sirr olaraq qalacaq” –

ABŞ milli kəşfiyyatının direktoru
24 İyun 2021 - 01:37

“COVİD-19 pandemiyasının əsl mənşəyi çox guman ki sirr olaraq qalacaq”. 

Azpost.info bildirir ki, bu barədə Yahoo News-a müsahibəsində ABŞ milli kəşfiyyatının direktoru Avril Heyns deyib.

May ayında prezident Bayden kəşfiyyat idarələrinə göstəriş verərərək pandemiyanın mənşəyi barədə nəzəriyyələrin 90 günlük icmalını hazırlamağı tapşırıb.  Bir versiyaya görə, virus insanın heyvanla təmasından ortaya çıxıb, digər versiyaya görə isə bu virus Çində, Uxandakı laboratoriyadan sızıb.

Heyns qeyd edib ki, onlarla analitikin və kəşfiyyat əməkdaşlarının iştirak etdiyi bu icmalı diqqətlə izləyib: “Mən bu iki həqiqətəbənzər nəzəriyyələrdən hansının doğru olduğunu bilmirəm. Amma mən analitikləri dinləmişəm və anlayıram ki, onlar niyə bu iki nəzəriyyəni bir-birinə zidd olduğunu qəbul edirlər və nə üçün bunu qiymətləndirmək belə çətindir”.

Heyns deyib ki, komandası pandemiyanın mənbəyinə işıq sala biləcək yeni informasiyalar yığmağa cəhd edib. Amma bir ay sonra məlum olub ki, kəşfiyyat cameəsi ölümcül virusun mənşəyi ilə bağlı vahid izaha yaxınlaşa bilməyiblər.