“Koronavirusun Çində laboratoriyadan çıxdığına dair əsaslı dəlillər var” –POMPEO

ABŞ dövlət katibi Mayk Pompeo bazar günü koronavirus pandemiyasının Çinin Uhan şəhərində heyvanların satıldığı bazar deyil, laboratoriyada meydana gəldiyini bildirib. Lakin o, ABŞ-ın virusun bilərəkdən yayıldığına inanıb-inanmadığını deməkdən imtina edib.

ABŞ-ın kəşfiyyat rəsmiləri keçən həftə COVİD-19 epidemiyasının ilk olaraq vəhşi heyvanlarla təmas və ya Uhandakı Virologiya İnstitutunun laboratoriyasında qəza nəticəsində yayılıb-yayılmadığını araşdırdıqlarını bildiriblər.

“Unutmayın ki, Çinin dünyada yoluxmalara səbəb olmasının tarixi var, onların standartlardan aşağı səviyyədə laboratiyaları var” – deyə, Pompeo ABC tele kanalının “Bu Həftə” proqramında müsahibəsində bildirib. “Bu, ilk dəfə deyil ki, dünya Çindəki laboratoriyalarda pozulmalar nəticəsində virusların təsirinə məruz qalır”, o əlavə edib.

ABŞ-ın baş diplomatı virusun Uhanda yarasalarda virusun mövcudluğu ilə bağlı tədqiqat aparılan laboratoriyadan gəldiyinə dair “yüksək inam” olduğunu deyib.

“Bunun məhz burada başladığına dair çoxsaylı dəlillər var” – deyə, ABŞ dövlət katibi bildirib

Pompeo ABŞ-ın kəşfiyyat icmasının virusun “insan tərəfindən yaradılmadığı və ya genetik modifikasiya edilmədiyinə” dair çıxardığı nəticə ilə bağlı şübhələnməsinə heç bir əsas olmadığını deyib.

Lakin o, Çini dünyanın COVİD-19 təhlükəsi ilə bağlı məlumatlandırılmasında gecikməkdə ittiham edib.

Onun sözlərinə görə, hazırda dünyada 3.4 milyon yoluxma və 245000 ölüm halları kimi saylar Çinin “üstünü örtmək, gizlətmək və çaşdırmaq” cəhdləri olmasaydı bu səviyyədə çatmazdı.

“Biz təsdiq edə bilərik ki, Çin kommunist partiyası dünyanın nə baş verdiyini daha erkən öyrənə bilməməsi üçün hər şeyi edib. Buna dair çox dəlil var”, Pompeo bildirib.

Pompeo ABŞ və beynəlxalq alimlərin Uhan laboratoriyasını ziyarət etməsinə icazə verilmədiyini və Çin original virusun nümunələrini hələ təqdim etmədiyini deyib. (Amerikanın Səsi)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İranda bu gündən məscidlərin açılması gözlənilir –

Sonrakı məqalə

“Mərkəzi Bank şəffaflığa özündən başlamalıdır” –