“Mərkəzi Bank şəffaflığa özündən başlamalıdır” –İqtisadşı ekspert Rövşən Ağayev

Xəbər verildiyi kimi, mayın 1-də keçirilən mətbuat konfransında Azərbaycan Mərkəzi Bankın sədri Elman Rüstəmov bankların kifayət qədər şəffaf olmadığını, o cümlədən audit hesabatlarını vaxtında açıqlamadıqlarını bəyan edib.

AMB sədri yaxın vaxtlarda bu məsələyə nəzarətin artacağını da bildirib.

İqtisadşı ekspert Rövşən Ağayev isə AMB-nin özünün də kifatyət qədər şəffaf olmadığlnı, o cümlədən bəzi göstəriciləri və hesabatları ictimaiyyətə açıqlamadığını bildirib.  R.Ağayev yazır:

“Mərkəzi Bank sədri media açıqlamasında bankları şəffaf olmağa, hesabatlarını vaxtlı-vaxtınada açıqlamağa çağırdı.
Bunun üçün Mərkəzi Bank özündən başlamalı, banklara şəffaflıq sahəsində master-klass göstərməlidir – bir neçə dəfə bu mövzuya toxunmuşam.
Necə oldu ki, Mərkəzi Bankın 2015-ci ilə qədər 60-70 səhifədən ibarət olan illik fəaliyyət hesabatı birdən-birə 10-15 səhifəlik press-relizə çevrildi.

Neçə vaxtdır çağırışlar edirik, MB-yə ölkənin investisiya mövqeyilə bağlı statistika açıqlatmaq mümkün olmur.
Tədiyə balansı statistikası çox primitivdir və məhdud həcmdə informasiya var. Necə olmalı olduqlarını bilmək istəyirlərsə, çox uzağa getməsinlər, Türkiyə və Gürcüstan nümunəsinə baxsınlar.
Sadəcə 1-2 nümunə göstərdim, istəsələr ayrı-ayrı ölkələrin MB-lərinin informasiya şəffaflığı və təfsilatlı statistik hesabatları ilə bağlı uzun bir siyahı tərtib edə bilərəm.
Amma faydası olmayacaq, çünki vətəndaş cəmiyyəti təmsilçisi kimi dəfələrlə qaldırdığım problemlərə bu qurum sükutla yanaşıb.
Bu linkə baxın, Gürcüstan Mərkəzi Bankı şikayətlənmir, bütün kommersiya banklarının tam hesabatlılığını özü öz saytı üzərindən təmin edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Koronavirusun Çində laboratoriyadan çıxdığına dair əsaslı dəlillər var” –

Sonrakı məqalə

Karantin rejimini pozan 47 min 477 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib