Koronavirusun ikinci dalğası gəlir, daha öldürücü ola bilər –Ümumdünya Səhiyyə Təşkilatından XƏBƏRDARLIQ

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu üzrə direktoru Hans Henri Kluqe yeni növ koronavirus (COVID-19) pandemiyasının ikinci dalğası ilə bağlı xəbərdarlıq edib.

H. Kluqe Britaniyanın “The Telegraph” nəşrinə müsahibəsində deyib ki, payızda koronavirusun ikinci dalğası gözlənilir və bu, daha öldürücü ola bilər.

Onun sözlərinə görə, Avropa ölkələri pandemiyanın ikinci dalğasına hazırlaşmalıdır: “Bu səbəbdən də səhiyyə sistemlərinin gücləndirilməsinə, tibb müəssisələrinin ilkin tibbi yardım və reanimasiya bölmələrinin imkanlarının artırılmasına xüsusi diqqət yetirilməlidir”.

ÜST rəsmisi deyib ki, pandemiya fonunda qrip və qızılca arta bilər.  Kluqe məhdudlaşdırıcı tədbirləri yüngülləşdirməyə başlayan ölkələrə müraciət edərək vurğulayıb ki, bayram etmək vaxtı deyil.

ÜST rəsmisi qeyd edib ki, Böyük Britaniya, Fransa və İtaliyada COVID-19-a yoluxmanın sayında azalma müşahidə olunur: “Lakin bu, pandemiyanın sona çatdığını göstərmir. Avropada COVID-19-un episentri şərq istiqamətində irəliləyir. Belə ki, Rusiya, Ukrayna, Belarus və Qazaxıstanda yoluxma sayı artmaqdadır”. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

DSX-nın rəis müavini, general Əfqan Nağıyev və yüksək rütbəli hərbi qulluqçular saxlanılıb –

Sonrakı məqalə

Tramp Azərbaycan Prezidentinə məktub ünvanladı: