Koronavirusun insan beynindəki fəsadları aşkarlanıb

09 İyul 2020 - 15:22

London Universiteti Kollecinin (UCL) tədqiqatçıları COVID-19 üzündən beyin xəstəliklərinin artacağı qənaətinə gəliblər.

“Report” “Brain”ə istinadən xəbər verir ki, məsələyə dair elmi məqalədə koronavirus xəstəliyinin 16-85 yaş arasındakı 43 nəfərdə necə keçdiyi araşdırılıb.

Araşdırma nəticəsində həmin xəstələrin 10 nəfərində beyinin fəaliyyəti müvəqqəti pozulub, 12 nəfərində beyin iltihabı yaranıb. Bununla yanaşı, insult və s. ciddi fəsadlar da özünü göstərib.