Körpə uşaq iməkləyərək maşın yoluna çıxdı

-VİDEO
25 İyun 2021 - 08:12

Atasının diqqətindən yayınan körpə uşaq iməkləyərək yolun hərəkətli hissəsinə çıxıb.

Vesti.ru bununla bağlı kadrlar yayıb.

Məlumata görə, hadisə Rusiyanın Sankt-Peterburq şəhərində qeydə alınıb. Həmin vaxt yolda hərəkət edən maşının sürücüsü uşağı görərək onu götürüb. Ancaq ətrafda onun valideynini görməyib. Parkda uzunmüddətli axtarışlardan sonra uşağın atası tapılıb.