Kosovo Serbiyada verilmiş sənədləri qadağan etməklə bağlı proseduru təxirə saldı

Tanınmamış Kosovo Serbiyada verilmiş sənədlərin qadağan edilməsi ilə bağlı proseduru sentyabrın 1-dək təxirə salıb.

Bu barədə “Reuters“ məlumat yayıb. Yaxın saatlarda Serbiyanın digər əraziləri ilə sərbəst hərəkətin bərpa edilməsi gözlənilir.

Yerli medianın xəbərinə görə, qərar Kosovo liderlərinin ABŞ səfiri Ceff Hovenyer ilə görüşündən qısa müddət sonra verildiyi bildirilir.

Qeyd edək ki,ötən axşam Serbiya və Kosovonun inzibati ərazilərini ayıran xəttdə gərginlik yaranıb. Buna səbəb Kosovonun Serbiya nömrəli avtomobillərə qadağa tətbiq etmək planı olub. Yaranmış gərginliyə NATO-nun Kosovodakı missiyası (KFOR) da münasibət bildirib.

Avropa Komissiyası Kosovonun Serbiyada verilmiş sənədlərin qadağan edilməsi ilə bağlı proseduru sentyabrın 1-dək təxirə salmasını alqışlayır.

Bu sözləri Avropa İttifaqının (Aİ) Balkanlar üzrə xüsusi nümayəndəsi Miroslav Layçak deyib.

Xüsusi nümayəndə Tvitter hesabında qeyd edib ki, Kosovo Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrelin təklifini qəbul edib.

“Borrel Serbiya və Kosovonu dialoqa çağırıb. ABŞ səfirinə də göstərdiyi köməyə görə təşəkkür edirik” – deyə xüsusi nümayəndə bilıdirib.

Layçak qeyd edib ki, indi bütün barrikadalar yığışdırılmalıdır.

Əvvəlki məqalə

11 qat NBA çempionu vəfat edib

Sonrakı məqalə

Dünyada koronavirusa yoluxma sayı azalıb