Dünyada koronavirusa yoluxma sayı azalıb

Ötən həftə dünyada 6,6 milyon nəfər yeni növ koronavirusa yoluxub ki, bu da daha əvvəlki həftə ilə müqayisədə 600 000 nəfər azdır.

Bu barədə TASS məlumat yayıb. Son 7 həftədə ilk dəfə Covid-19-a yoluxma sayı azalıb.

Həftə ərzində təxminən 15 000 koronavirus xəstəsi vəfat edib.

Yoluxma göstəricisi ölkələr üzrə ciddi şəkildə fərqlənir. ABŞ-da yoluxma artdığı halda Braziliya və Meksikada azalma müşahidə olunur. Avropa ölkələrindən Fransa və İtaliyada da yeni xəstə sayında ciddi azalma müşahidə olunur. Almaniyada isə artım kifayət qədər yüksəkdir.

İndoneziya və Malaziyada xəstə sayında sıçrtayışla artım baş verib.

Əvvəlki məqalə

Kosovo Serbiyada verilmiş sənədləri qadağan etməklə bağlı proseduru təxirə saldı

Sonrakı məqalə

Messinin komandası 11-ci dəfə Fransa Superkubokunu qazanıb