Sevastopolda kran sürücüsü aclıq elan edib.
Azpost.info bildirir ki, inşaat meydançasındakı 40 metr hündürlükdə olan kranın kabinəsində oturan sürücü bu barədə təcili yardıma zəng vuraraq deyib.
Sürücü avqust ayının maaşının ona ödənilməsini tələb edib. Sonda polis kranın olduğu yerə gəlib. Yalnız axşama yaxın onu hündür krandan düşməyə razı sala biliblər. İnşaatçı deyib ki, onun evə qayıtmağa və yemək almağa pulu yoxdur.