Kranın aşması ilə əlaqədar Həsən Əliyev küçəsindən Azadlıq prospektinə giriş bağlanıb

Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsində kranın aşması ilə əlaqədar Həsən Əliyev küçəsindən Azadlıq prospektinə giriş (şəhər istiqamətində) bağlanıb.

Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib.

Onun sözlərinə görə, hazırda avtomobillər eləcə də, müntəzəm və ekspres xətlər üzrə avtobuslar alternativ yollardan keçməklə hərəkət edirlər: “Sürücülərdən zərurət olmadığı halda bu istiqamətdə hərəkətdən çəkinmələrini xahiş edirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin rəisi həbs olundu –

Sonrakı məqalə

Kranın yaşayış binasının üstünə aşması nəticəsində bir nəfər ölüb –