Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma
  • Baş Yazı

Kreditlə toy edən, telefon, tozsoran alanlar:

Orkhan Ali 29 Aprel 2025 - 13:50 (Last updated: 21 May 2025 - 20:15)
Kredit

Kredit

Azərbaycanda bankların kredit portfeli sürətlə genişlənir, lakin bu artım əhalinin rifahına yox, borc yükünə çevrilir. AzPost bildirir ki, Mərkəzi Bankın 2023-cü ilin sonuna təqdim etdiyi statistikaya əsasən, ölkədə istehlak kreditlərinin həcmi 11 milyard manatı keçib. Bu, əvvəlki ilə nisbətdə təxminən iki dəfəyə yaxın artım – 120 faiz deməkdir. Görünən odur ki, banklar daha çox kredit verir, amma bu vətəndaşların rahatlığına deyil, narahatlığına xidmət edir.

İstehlak kreditlərinin illik faiz dərəcəsi adətən 15–22 faiz arasında dəyişir. Bu isə vətəndaşın borcunun üzərinə ən azı 30–50 faiz əlavə yük qoyur. Məsələn, 10 min manat kredit götürən şəxs onu qaytarana qədər 14-15 min manat ödəyir. Üstəlik, bu prosesə məcburi sığorta, xidmət haqqı və cərimə mexanizmləri də əlavə olunur. Bankların tətbiq etdiyi bu “gizli xərclər” çox vaxt müqavilədə şərti şəkildə göstərilsə də, vətəndaş tərəfindən tam anlaşılmır.

Ən ciddi problem kreditlərin böyük hissəsinin istehlak yönümlü olmasıdır. İnsanlar kreditlə telefon, məişət texnikası, toy xərci, bəzən isə gündəlik ehtiyaclarını qarşılayır. Yəni borc gəlir gətirmir, əksinə, gələcəyin maddi imkanlarını da indidən əldən alır. Bu da kredit alanı maliyyə psixoloji asılılığa salır – gəlir hələ formalaşmamış, artıq xərclənmiş olur.

Eyni zamanda banklar kreditləri əsasən stabil maaşı olan şəxslərə verir. Qeyri-rəsmi işləyənlər, kənd sakinləri və ya gənclər bu sistemdən kənarda qalır. Bu isə sosial bərabərsizliyi daha da dərinləşdirir.

İqtisadçılar hesab edir ki, bu vəziyyətin aradan qaldırılması üçün ilk növbədə faiz dərəcələrinin tənzimlənməsi, gəlirlə uyğun ödəmə modellərinin qurulması və maliyyə savadlılığının artırılması zəruridir. Hazırkı şəraitdə isə banklar kredit verir, vətəndaş isə kreditlə yaşamağa məhkum olur.

Süleyman İbrahimli

Post navigation

Previous: “Şərurlu İsfəndiyar” QHT sədrinin evini qaytardı: “Bütün borcunu sildim…”
Next: İzmirdə 31 FETÖ üzvü saxlanılıb

Oxşar xəbərlər

mirsake
  • Baş Yazı

Mirsaleh Seyidov Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib

User 27 Oktyabr 2026 - 13:14
ilham medeniyet
  • Baş Yazı

İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edir – CANLI

User 27 Oktyabr 2026 - 10:00
gunes stansiyasi
  • Baş Yazı

Azərbaycanda günəş enerjisi Stansiyası özünü doğrulda bilib? – 262 milyon dollar və 3illik nəticə / TƏHLİL

User 26 Oktyabr 2026 - 16:12

xƏBƏR

Bıçaq
  • Kriminal

Salyanda oğul anasını, atasını və qardaşının arvadını bıçaqlayıb, ana ölüb

User 27 Oktyabr 2026 - 14:42
Salyan rayonunda bir ailənin üç üzvü bıçaqlanıb, onlardan biri ölüb. APA-nın məlumatına görə, hadisə rayonun Sarvan kəndində...
Read more about Salyanda oğul anasını, atasını və qardaşının arvadını bıçaqlayıb, ana ölüb
İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib ilham isesko
  • Siyasət

İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

User 27 Oktyabr 2026 - 14:07
Finlandiya və Norveç liderləri Putinlə telefon danışığı apardı putin telefon
  • Dünya

Finlandiya və Norveç liderləri Putinlə telefon danışığı apardı

User 27 Oktyabr 2026 - 13:57
Türkiyə Qara dənizdə NATO hərbi gəmilərin yerləşdirilməsinə qarşı çıxıb turkiye
  • Dünya

Türkiyə Qara dənizdə NATO hərbi gəmilərin yerləşdirilməsinə qarşı çıxıb

User 27 Oktyabr 2026 - 13:45
Penitensiar xidmətin yeni rəisi kimdir? – DOSYE sahi
  • Sosial

Penitensiar xidmətin yeni rəisi kimdir? – DOSYE

User 27 Oktyabr 2026 - 13:21
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.