Kreml Çinin nüvə arsenalından qorxmamağa çağırıb

Kreml mövcud döyüş başlıqlarının sayını artıran Çinin nüvə arsenalının kəskin artmasından narahat deyil.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

“Çox ciddi problemlərlə üzləşən Çin regionda öz təhlükəsizliyi üçün uyğun hesab etdiyi addımları atır”, – deyən Peskov bunun Pekinin suveren hüququ olduğunu bildirib.

ABŞ Müdafiə Nazirliyinin Konqresə təqdim etdiyi hesabata görə, Çində yerləşdirilməyə və istifadəyə hazır 500 nüvə başlığı olan arsenal var.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.